“Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrimizin tempi çox yaxşı inkişaf edir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
Putin iki ölkə arasında logistika sahəsində əlaqələrə toxunub.
O bildirib ki, Şimal-Cənub marşrutu üzrə yüklərin göndərilməsi ilə Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddəti 10 gün azaldılacaq:
“Bu Şimal-Cənub yoluna gəlincə, o, çox yaxşı və məşhur beynəlxalq dəhlizə çevrilə bilər. Buradan birbaşa, Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və oradan da Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalı ilə yüklərin daşınmasından demək olar ki, 10 gün tezdir”.