22 C
Baku
Sunday, April 28, 2024

Şimali Koreya nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb.

Bu barədə rəsmi KCNA xəbər agentliyi məlumat yayıb.

“Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, – KXDR bildirib.

Cənubi Koreya ordusu şımalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.

BBC qeyd edir ki, yeni sınaqlar KXDR-in yaxın gələcəkdə taktiki nüvə silahlarını sınaqdan keçirməyi planlaşdırdığına sübut ola bilər.

Qeyd edək ki, aprelin 18-də ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri də start götürüb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər