-3 C
Baku
Sunday, December 15, 2024

Şimali Koreyada Çinin dərman preparatları və vaksinlərindən istifadə qadağan edilib

Şimali Koreyada Çin istehsalı olan dərman preparatları və COVID-19-a qarşı vaksinin istifadəsi qadağan edilib.

“Asia News” xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çen In sərəncam imzalayıb.

Bildirilib ki, Şimali Koreyanın yüksək vəzifəli şəxslərindən biri Çin istehsalı olan dərman preparatlarından istifadə etdikdən sonra ölüb. Bu səbəbdən Kim Çen In ölkə paytaxtı Pxenyandakı xəstəxanalarda Çin istehsalı olan dərman preparatları və COVID-19-a qarşı vaksinlərdən istifadəni qadağan edib.

Məlumata görə, Şimali Koreya rəhbərliyi ölkədə hələ də koronavirusa yoluxma hallarının baş vermədiyi iddiaları beynəlxalq qruplar və ictimaiyyət tərəfindən araşdırılır.

Son xəbərlər
Digər xəbərlər