12 C
Baku
Saturday, November 23, 2024

Şimali Koreyada yeni müdafiə naziri təyin edilib

No Qvan Çxol Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) 11-ci sessiyasında KXDR-in yeni müdafiə naziri təyin edilib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Kadr təyinatları oktyabrın 7-dən iki gün davam edən sessiyanın gündəliyinin beşinci bəndi kimi nəzərdən keçirilib.

KMTA həmçinin bildirir ki, Li Man Su tikintiyə dövlət nəzarəti naziri, Kim Son Bin isə Dövlət Elm və Texnologiya Komitəsinin sədri təyin edilib.

Bundan əvvəl KXDR-in müdafiə naziri vəzifəsini Kan Sun Nam tuturdu.

Son xəbərlər
Digər xəbərlər