20 C
Baku
Thursday, May 2, 2024

Sinqapur banklararası hesablaşmalar üçün rəqəmsal valyutanı işə salacaq

Sinqapurun Valyuta Təşkilatı (MAS) gələn ildən etibarən banklararası hesablaşmalar üçün istifadə olunacaq rəqəmsal valyutanın canlı buraxılışına başlayacağını açıqlayıb. Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən MAS üç növ rəqəmsal pul – mərkəzi bank rəqəmsal valyutası (CBDC), tokenləşdirilmiş bank öhdəlikləri və tənzimlənən steyblkoinlər hazırlayacağını vurğulayıb. Testlər üçün MAS JP Morgan, HSBC, Amazon, Alipay və s. kimi banklar, fintex və internet şirkətlərini cəlb edəcək.

MAS rəhbəri Ravi Menon bildirib ki, onun idarəsi hələ 2016-cı ildə rəqəmsal pulların tətbiqi ilə işə başlayıb, bir sıra uğurlu eksperimentlər və sınaqlar keçirib. Nəticədə, MAS real vaxt rejimində bankların bir-birinə ödənişlər edərkən istifadə edə biləcəyi rəqəmsal valyuta buraxmağa qərar verib.

“2016-cı ildən biz digər mərkəzi banklar və maliyyə sənayesinin nümayəndələri ilə bir çox eksperimentlər keçirmişik ki, nəticədə CBDC-nin istifadəsini öyrənmək üçün paylanmış registrlər vasitəsilə çarpaz pul köçürmələrini həyata keçirə bildik”, – MAS rəhbəri vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər