10 C
Baku
Wednesday, December 11, 2024

Sinqapurda koronavirusu tənəffüs vasitəsilə müəyyən edən test sistemi yaradılıb

Sinqapurda koronavirusu tənəffüs vasitəsilə müəyyən edən test sistemi yaradılıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, bu test sistemləri hava limanlarında, o cümlədən böyük tədbirlərdə istifadə ediləcək.

“TracieX” adlanan bu cihaz klinik sınaqlardan keçib və 95% effektiv olduğunu göstərib. Bundan əlavə, bu testin qiyməti cəmi 20 dollar təşkil edir və nəticəsi bir-iki dəqiqəyə hazır olur.

Tərtibatçılar hər nəfəs aldıqda, müxtəlif biokimyəvi reaksiyalar nəticəsində əmələ gələn uçucu üzvi birləşmələrin yayıldığını və cihazın tənəffüsün kimyəvi tərkibindəki dəyişiklikləri qeyd etdiyini izah edirlər.

“TracieX” cihazı Sinqapurun Çanqi hava limanında test rejimində istifadəyə verilib. Sərnişinlərə testi pulsuz şəkildə vermək təklif olunur. İyun ayında cihazın kütləvi istehsala buraxılması planlaşdırılır.

İlkin mərhələdə təqribən 200 min cihazın istehsal ediləcəyi, daha sonra isə bu həcmi ayda 2 milyona çatdırılması güman edilir.

Son xəbərlər
Digər xəbərlər