Azərbaycanın valyuta bazarında yaşanan ajiotaj ölkədə əksər məhsulların qiymətinə kəskin təsirini göstərib.
Artıq iki saata yaxındır şəhərdəkə marketlərdə tütün məmulatlarının qiyməti də artıb.
Bu barədə əməkdaşımız bir neçə mağazada araşdırma aparıb. Satıcılar bildirib ki, təxminən iki saat əvvəl onlara siqaretlərin qiymətinin növlərinə uyğun olaraq 20-35 faiz civarında qaldırlması haqqında təlimat verilib: “Məsələn, iki saat əvvələ qədər 1 manat 70 qəpiyə satdığımız “Davidoff” siqaretini indi 2 manat 20 qəpiyə satırıq. Bu təxminən 30 faiz artım deməkdir. Eyni hal, “Kent”, “Marlbro” və digər siqaretlərin qiymətində də baş verib. Yəni ümumilikdə bütün siqaretlərin qiyməti 20-35 faiz aralığında yüksəlib”.
Sözügedən qiymət artımı Abşeron rayonunda da yaşanır. Xırdalanda bir neçə marketdə yuxarıda qeyd edilən qiymət artımını müşahidə edilib.
Mia.az
Comments are closed.