8 C
Baku
Thursday, February 29, 2024

​Azərbaycanda sığorta şirkətlərinin 70%-də yığım azalıb

Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə ilk yeri “Paşa Sığorta” şirkəti tutub. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, şirkət 64,8 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “Paşa Həyat Sığorta”nın yığımları 54,5 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 43,5 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi “Azərsığorta” (41,4 mln. manat) və “Atəşgah Həyat Sığorta” (39,1 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, sığorta bazarının 55%-i məhz beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 mln. manat) düşür.

Banker.az ASA-ya istinadən xəbər verir ki, hesabat ilində ən az sığorta haqqı toplayan isə “Başak İnam” (1 mln. manat), “Amrah Sığorta” (886 min manat), “Azərqarant” (300 min manat), “Qala Sığorta” (80 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin toplam daxilolmaları təxminən 2,3 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Ümumilikdə, 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 mln. manatdan çox, 1-də 50 mln. manatdan çox, 2 şirkətdə 40 mln. manatdan çox, 2 şirkətdə 30 mln. manatdan çox, 1 şirkətdə 20 mln. manatdan çox, 9 şirkətdə 10 mln. manatdan çox, 6 şirkətdə 1-5 mln. manat, 1 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də ilk yerdə “PAŞA Sığorta” şirkəti (29,9 mln. manat qərarlaşıb. Sonrakı yerləri “Atəşgah Həyat Sığorta” (18,2 mln. manat), “Qala Həyat Sığorta” (17,6 mln. manat), “Paşa Həyat Sığorta” (16,3 mln. manat) və “Azərsığorta” (13,2 mln. manat) şirkətləri tutub. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşüb.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (97 min manat), “Qala Sığorta” (53 min manat) və “Azərqarant” (3 min manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 336 min manat olub ki, bu da məcmu ödənişlərin 0,2%-nə bərabərdir.

Ümumilikdə, 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 mln. manatdan çox, 6-da 10 mln. manatdan çox, 4-də 5 mln. manatdan çox, 9-da 1-5 mln. manat, 3 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 1 şirkətdə 100-500 min manat, 3 şirkətdə isə 100 min manatdan aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Son xəbərlər
Digər xəbərlər