23 C
Baku
Saturday, October 5, 2024

Müəsisə “Ata Bank”dan kredit götürüb, qaytarmır: iddia

“AtaBank” ASC  “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC- ni məhkəməyə verib

Banker.az-ın əldə etdiyi məlumata əsasən, “AtaBank” Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Neftqazavtomat Elmiİstehsalat Müəssisəsi”ndən ona ümumilikdə 1 milyon 402 manat borcun ödənilməsi iddia edib.

İddia onunla əsaslandırılmışdır ki, “AtaBank” səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 17.04.2017-ci il tarixində “Caspian Development Bank (CDB)” ASC konsalidasiya olunaraq, yenidən təşkil edilib, CDB Bank-ın fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan “AtaBank” keçirilməsi qərara alınıb. 

Əsas səbəb isə, “CDB Bank” adıçəkilən müəəsisəyə 5 aprel 2017-ci il tarixdə müqavilə bağlayaraq, illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin
ödənilməsi məqsədi ilə 800 000 manat məbləğində kredit verilməsi müqaviləsi bağlanmış, 26 aprel 2017-ci il tarixli müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200 000 manat
məbləğində kredit verilmişdir.

Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməyib

Hakim Zaur Pirverdiyevin sədirliyi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi “Ata Bank”a 1 402 884,61 manat borcu ödəməsi iddiasını təmin edib və adçıçəkilən müəssisə o məbləği ödəməlidir.

Qeyd edək ki, “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC Müdafiə Sənayesi Nazirliyinin hüquqi varisi hesab edilir.

Son xəbərlər
Digər xəbərlər