5 C
Baku
Saturday, December 14, 2024

Şirkət “Rabitəbank”la olan məhkəmə qərarına görə apellyasiyaya üz tutub – ekspertiza təyin olundu

“Rabitəbank” ASC şirkətlərdən biri olan “Icon GMBH” MMC-yə qarşı “pul tələbi” iddiası qaldırıb.

Banker.az saytının xəbərinə görə, bununla bağlı 29 yanvar 2020-ci ildə Səbail Rayon Məhkəməsində verilən qərara əsasən “Rabitəbank”ın iddiası qismən qəbul edilib. “Rabitəbank”ın konkret hansı məbləğə görə şirkəti məhkəməyə verməsi tam açıqlanmayıb.

Lakin, şirkət rəhbəri olan Ceyhun Xəlilov bununla bağlı qərarla razı qalmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məsələ ilə bağlı ekspertiza təyin edilib, məsələyə orda baxılacaq.

“İcon GMBH” şirkəti – Bakı ş. Səbail r-nu, Fikrət Əmirov, ev 1, m. 12 ünvanında dövlət qeydiyyatına alınsa da həmin ərzidə yerləşən Zərifə Əliyeva küçəsi 24 ünvanında xidmətini həyata keçirir. “İcon GMBH” Azərbaycanda “ASBIS” şirkətinin texniki xidmətlərini həyata keçirir.

Bildiyimiz kimi “ASBIS” Azərbaycan, Özbəkistan, Qazaxıstan Qırğızıstan, Moldova, Gürcüstan, Türkmənistan, Ukrayna və Belarusda “Apple”in distributoru kimi rəsmən təsdiqlənmiş şirkətdir.

 

Son xəbərlər
Digər xəbərlər