12 C
Baku
Friday, March 29, 2024

Şirkət sahibi 7 il 6 ay azadlıqdan məhrum edilib

“Avro Qrand” şirkətinin sahibi külli miqdarda dələduzluqda ittiham olunan Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən ilə X.Cəfərov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.

X.Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Məlumata görə, X.Cəfərov zərərçəkmişlərə mənzil satarkən onlara qarşı dələduzluq edib. Bir mənzil bir neçə nəfərə satılıb.

Onu da qeyd edək ki, X.Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılıb.

Son xəbərlər
Digər xəbərlər