9 C
Baku
Friday, December 13, 2024

Şirkət yerli istehsal “Аbşeron” sayğaclarının satışından 13 mln. manat gəlir əldə edib

“Аbşeron” ticarət nişanı altında su, qaz və elektrik sayğaclarının satışı ilə məşğul olan “Abşeron E.İ.Ş” MMC 2023-cü ildə 13 milyon 178 min manat gəlirə qarşı 704 min manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Öncəki ildə onun xalis mənfəəti 468 min manat olmuşdu.

Hesabata əsasən, şirkətin gəlirləri illik müqayisədə 19% artıb. Belə ki, şirkət 2022-ci ildə 11 milyon 49 min manat satışdan gəlir əldə etmişdi.

Şirkətin satışlarının maya dəyəri 12 milyon 100 min manat olub ki, bu da onun 1 milyon 78 min manat ümumi mənfəət əldə etməsi deməkdir.

Şirkət əməliyyat xərclərinə 104 min manat xərc çəkib. Öncəki ildə bu rəqəm 57 min manat idi.

Səhmdarlar “Abşeron E.İ.Ş” MMC-nin 2023-cü il üzrə mənəətindən 505 min manat dividend əldə ediblər və ilin sonuna kapital balansında 738 min manat bölüşdürülməmiş mənfəət qalmaqdadır. 2022-ci ildə isə cəmi 6 min manat səhmdarlara dividend ödənilmişdi.

Son xəbərlər
Digər xəbərlər