1 C
Baku
Saturday, December 14, 2024

Şirkətlər “Bank Avrasiya”dakı depozitlərin bir hissəsini geri çəkib – 66% kiçilmə

“Bank Avrasiya” ASC-nin aktivləri 2020-ci ilin ilk 9 ayı ərzində 4.9% və öhdəlikləri 8.5% azalıb.

Banker.az xəbər verir ki, bu barədə 30 Sentyabr 2020-ci il tarixinə (III rüb) olan maliyyə hesabatında deyilir.

“Bank Avrasiya”nın aktivlərinin həcmi 1 oktyabr tarixinə 162.05 mln. manat olub, bu da ilin əvvəli ilə müqayisədə 8.39 mln. manatlıq azalma deməkdir. Bankın aktivlərindəki “gözə çarpan” bu dəyişikliyin səbəbi investisiya qiymətli kağızlar üzrə prtfelinin ilin əvvəli ilə müqayisədə 9  ayın sonuna9.43 mln. manat (33%) azalmaqla 19.19 mln. manata düşməsi səbəb olub. Lakin, aktivlərdəki azalmaya səbəb təkcə bu olmayıb.

Bankın müştərilərə verdiyi kreditlərin həcmi azalıb. Bura da isə azalma səbəbi biznes kreditlərinin 4.7% azalmaqla  60.17 mln. manata, əmlak kreditlərinin isə 6.8% azalmaqla  39.77 mln. manata düşməsi olub. Bu da öz növbəsində ümumi kredit portfelini 0.8% azaltmaqla  108.34 mln. manata qədər azaldıb. Burada bir faktı qeyd edək ki, bank hesabat dövründə istehlak kreditlərinin həcmini  1.4 dəfə böyütməklə 8.40 mln. manata  yüksəldib.

ŞİRKƏTLƏR DEPOZİTLƏRİNİN BİR HİSSƏSİNİ GERİ ÇƏKİB

“Bank Avrasiya”nın öhdəliklərinin həcmi 92.12 mln. manata düşüb, bu da hesabat dövründə 8.60 mln. manat azalma deməkdir.

Hesabat dövrü ərzində bankın hüquqi şəxs olan müştəriləri 9.86 mln. manatlıq depozitini geri çəkməli olub ki, bu da 66.4% kiçilmə deməkdir. 1 oktyabra hüquqi şəxslərin depozitləri 4.98 mln. manat təşkil edib. Fiziki şəxslər isə  hesabat dövründə 2.9% azalma ilə bankdakı əmanətlərinin həcmini 40.12 mln. manata qədər artırıb. Cəmi depozit portfeli isə  45.10 mln. manatdır.

Öhdəliklərinin 46.18 mln. manatı isə kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər olmuşdur.

GƏLİRLƏRİ AZALIB

Bankın faiz gəlirləri 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 2.71 mln. manat (6.6% azalma),  faiz xərcləri 0.55 mln. (9.4% azalma), qeyri-faiz gəlirləri 0.39 mln. manat (3% azalma) və qeyri- faiz 1.1 mln. manat (1.1% artım) olmuşdur. Bu isə bankın  1.45 mln. manat əməliyyat mənfəət etməsinə səbəb olub.

“Bank Avrasiya” ASC 2020-ci ilin ilk 1.31 mln. manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma edib, nəticədə bankın xalis mənfəəti 0.14 mln. (145 min) manat olmuşdur.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə təsəs edilib və kapitalının (50 mln. manat) 37.5%-i “Euro Standard” Şirkəti, 37.5%-i “PMD Group” və 25%-i  “Azbizneskom” Şirkətinə məxsusdur.

234567 2

Son xəbərlər
Digər xəbərlər