-1 C
Baku
Sunday, December 15, 2024

Şirkətlər “Bank Avrasiya”dan pullarını geri götürüb

“Bank Avrasiya” ASC 2022-ci ilin yanvar-sentyabr ayını 1 milon 91 min manat xalis mənfəətlə başa vurub. Halbuki, keçən ilin eyni dövründə bank 2 milyon 798 min manat zərər etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında bankın cəmi gəlirləri 11 milyon 288 min manat (əvvəlki ilə nisbətən 10% çox), cəmi xərcləri 6 milyon 245 min manat ( əvvəlki ilə nisbətən 15% çox) təşkil edib.

Bu ilin oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 205 milyon 501 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 23% artım deməkdir. Bunun 124 milyon 892 min manat müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 9.3% böyüyüb.

“Bank Avrasiya”nın cəmi öhdəlikləri 38.5% artaraq 132 milyon 589 min manat, cəmi kapitalı isə 1.6% artaraq 72 milyon 912 min manata çatıb. Bankın depozit portfeli 29% artaraq 64 milyon 432 min manat, o cümlədən fiziki şəxslərin depozitləri 35.3% artaraq 59 milyon 70 min manat, hüquqi şəxslərin depozitləri isə 16.4% azalaraq  5 milyon 362 min manat olub.

ba1 ba3ba4ba5 ba6

Son xəbərlər
Digər xəbərlər