13 C
Baku
Friday, November 22, 2024

Şirkətlər “Günay Bank” ASC-dəki vəsaitlərin bir hissəsini geri çəkiblər

Şirkətlər və digər təşkilatlar “Günay Bank” ASC-dəki vəsaitlərin bir hissəsini geri çəkiblər.

Banker.az bu barədə kommersiya bankının illik maliyyə hesabatına istinadən xəbər verir.

Bankın 1 iyul 2021-ci il tarixinə olan hesabatına görə, depozit portfeli 113.9 mln. manat olmuş, o cümlədən 91.26 mln. manatı fiziki şəxslərin, 22.64 mln. manatı isə hüquqi şəxslərin vəsaitləri olmuşdur.

Bununla da hüquqi şəxslərin depozitləri 2021-ci ilin ilk yarısında 11.5% azalmışdır.

Bankın depozitlərinin 28.35 mln. manatı tələbli, 85.56 mln. manatı isə müddətli depozitlərdir.

Müddətli depozitlərin isə 57.69 mln. manatı milli, 27.72 mln. manatı ABŞ dollarında və 0.16 mln. manatı isə avrodadır.

Bu bankın adı depozitlə bağlı yaxın keçmişdə yaxşı hadisələrlə xatırlanmır. Belə ki, ölkə bank tarixində nadir hadisələrdən biri –  “Günay Bank”ın illər öncə İdarə Heyətinin sədr müavini olmuş Emin Zeynalovun bank əmanətlərini mənimsəyərək bankdan çıxarılmasına dair məlumatlar mediada tiralanmışdı. Məhkəmə proseslərində bildirilirdi ki, Emin Zeynalov “GünayBank” ASC-nin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olmuşdu.

Son xəbərlər
Digər xəbərlər