Xeyli müddət uğurla fəaliyyət göstərən şirkətlər biznes strategiyaları və tətbiqləri ilə dəyişən dünyaya daim uyğunlaşmağa çalışmaqla yanaşı, həm də dəyişməyən köklü dəyərlərə və məqsədə malik olurlar. Bir çox dünyaca tanınmış şirkətlər özlərini yeniliyə və uzun müddətli performansa nail ola bilən yüksək pilləli biznes qurumlarına çevrilməsinin səbəbi inkişafın sürətləndirilməsi ilə yanaşı, şirkət fundamentlərinin qorunma dinamikasıdır.
Doğrudan da böyük şirkətlər heç vaxt dəyişməməli olanla dəyişikliyə açıq olmalı olan, həqiqətən toxunulmaz olanla, olmayan arasındakı fərqi ayırd edə bilir və başa düşürlər. Ardıcıllıq və dəyişikliyi idarə etmək üçün olan nadir qabiliyyət (şüurlu şəkildə tətbiq olunmuş disiplin tələb edir) vizyon formalaşdırmaq qabiliyyəti ilə sıx bağlıdır.
Vizyon hansı təməl elementin qorunacağına və hansı gələcəyin inkişafını sürətləndirəcəyinə yol göstərir. Vizyon ən çox istifadə olunsa da, ən az anlaşılan, başa düşülən sözlərdən biridir. Müxtəlif insanlarda fərqli təsəvvür oyadır. Dərin dəyərlər, üstün naliyyətlər, sosial əlaqələr, başgicəlləndirici hədəflər, motivasiyaedici qüvvələr və ya mövcudluq səbəbləri.
Vizyonu xarakteriza edən, geniş istifadə olunan bu terminin daşıdığı qeyri-müəyyən məqamalara aydınlıq və konkretlik gətirən və sistematik vizyonu təşkilat daxilində ifadə etmək üçün praktiki bələdçilik edən konseptual bir model təklif edirik.
Uğurlu vizyon iki əsas hissədən ibarət olur – özək ideologiya və düşünülən gələcək.
“YİN” kimi qəbul edəlin özək nəyi müdafiə etdiyimizi və niyə mövcud olduğumuzu təyin edir. Özək ideologiya təşkilatın daimi xarakterini, yəni məhsul və ya bazarda həyat şəklini, texnoloji inkişaf, kəşfləri, menecement meyillərini və fərdi liderlər kimi anlayışları aşan sistematik bir şəxsiyyəti müəyyənləşdirir. Düşünülən gələcək isə cəsarətli hədəf və buna nail olduqdan sonra nələrin baş verəcəyi ilə bağlı canlı təsvirlərdir. “YİN” dəyişməzdir və düşünülən gələcəyi tamamlayır. Düşünülən gələcək bizim nə olmağı, nələr əldə etməyi və yaratdığımız arzularıdır. Ümumiləşdirsək, dəyişiklik və inkişafla qazandıqlarımızdır.