Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2021-ci ilin iyul ayında artaraq 14 409.8 mln. manata çatıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 7 ay ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 1 731.5 milyon manat artıb. Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 678.3 milyon manata çatmışdı.
İyulda hüquqi şəxslərin müddətli depozitləri 217.2 min manat artaraq 2 290.1 milyon manat təşkil edib, tələbli depozitlər isə 338.3 min manat artaraq 12 119.7 milyon manata çatıb.