Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2021-ci ilin fevral ayında 12 406.3 mln. manata düşüb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir ayda hüquqi şəxslərin banklardakı depozitləri 197.3 milyon manat artıb. Belə ki, yanvarda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 209 milyon manat olmuşdur.
Fevralda hüquqi şəxslərin müddətli depozitləri azalaraq 2 058.2 milyon manat təşkil edib, tələbli depozitlər isə artaraq 10,348.1 milyon manata çatıb.
Qeyd edək ki, yanvarda şirkətlərin bank hesablarındakı pulları azalmışdır.