22 C
Baku
Friday, April 19, 2024

Şirkət müştəriləri bankdan 10 milyona yaxın vəsaitlərini geri çəkiblər

 “Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin 2-ci rübündə  cəmi aktivləri 194,16 milyon manat olub ki, bu da illik müqayisədə 15,5% az deməkdir.

Banker.az  bu barədə Bankın 2019-cu ilin II rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

2018-ci ilin 31 dekabrına olan hesabatına əsasən, “Ziraat Bank”ın cəmi aktivləri 225,64 mln manat təşkil edib ki, son 6 ayla müqayisədə iyun ayında cəmi aktivlər 14% azalıb.

 2019-cu ilin II rübündə  aktivlərin 121,116 mln  manatı müştərilərə verilmiş  kreditlərdir. Belə ki, ötən ilin II rübü ilə müqayisədə bu il  bankın kredit portfeli 35% böyüyüb. Son 6 ayda isə Bankın kredit portfeli 17% artıb.

“Ziraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri illik müqayisədə  23,4% azalaraq 124,728 mln  manat olub. Bankın depozit portfeli 65,658 mln manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 30,4 % az deməkdir.  “Ziraat Bank”ın balans kapitalı isə 3,5% artaraq 69,432 mln manat təşkil edib. 

2019-cu ilin II rübündə depozit porfelinin 12,323 mln. manatı fiziki şəxslərin  və  12,980 mln. manatı isə hüquqi şəxslərin tələbli depozitləridir. Azalmanın əsas səbəbi hüquqi şəxslərin tələbli depozitlərin 9,740 mln manatını geri çəkməsi hesabınadır. 

 

 

Son xəbərlər
Digər xəbərlər