2005-ci ildə fəaliyyət göstərməyə başlayan şirkət – “Pano” Açıq Səhmdar Cəmiyyəti bağlanan bank qarşısındakı kredit öhdəliyini səhmləri ilə qarşılamaq istəyir.
Bu barədə Banker.az saytı, bazardakı mənbələrdən əldə etdiyi məlumata istinadən bildirir.
Belə ki, bununla bağlı, “Pano”, ləğv prosesində olan “Qafqaz İnkişafı Bankı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarş kreditin girov qoyulmuş səhmlərlə əvəzləşdrilməsi və ya həmin səhmlərə tutmanın yönəldilməsi barədə müraciət edib. Bununla bağlı Şirkət ötən ay müraciət edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2015-ci ildə, ardıcıl baş vermiş devalvasiyalar dönəmində ləğv edilmişdi.
“Pano” ASC – 2005-ci ildə yaradılmaqla hazırda 1 806 000 manatlıq səhm kapitalına malikdir. Şirkət pəncərə və qapılar üçün alüminium profillərin, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.
Hazırda onun səhmlərinin hansı hissəsinin kredit borcu ilə əvəzlənəcəyi tam məlum olmasa da məsələyə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.