“Siyəzən Broyler” ASC səhmdarları 29 iyun 2018-ci il saat 10.30-da növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Bu barədə ASC rəhbərliyinin açıqlamasında qeyd edilib.
Gündəliyə “Siyəzən Broyler” ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi kimi məsəllər daxil edilib.
Açıqlamada deyilir ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər.
Ünvan: AZ5300 Siyəzən şəhəri, “Siyəzən Broyler” ASC-nin inzibati binası.