21 C
Baku
Thursday, April 25, 2024

Siz bu ağacda hansısınız?

Bu ağacda təsvir edilən insanların hər birinin fərqli əhvalı var və müxtəlif fəaliyyət ilə məşğuldurlar. İlk olaraq onlardan hansının sizə bənzədiyini təyin edin. Bundan sonra isə bənzəmək istədiyiniz insanı seçin.

Testin nəticələrinin izahı belədir:

Əgər 1, 3, 6 və yaxud 7 nömrəli insanlardan birini seçmisinizsə bu sizi heç bir maneə və əngəllərdən qorxmayan, məqsədyönlü bir insan olaraq xarakterizə edir.

Seçiminiz 2, 11, 12, 18 və ya 19 arasında dəyişirsə siz dostlarına daim istənilən köməyi etməyə hazır olan ünsiyyətcil insansınız.

4 nömrəli insanı seçmək sizin dayanıqlı həyat tərzi sürdüyünüzdən və mümkün olan bütün uğurlara qorxmadan nail olmağa çalışan biri olduğunuzdan xəbər verir.

5 nömrəli insan – siz çox tez-tez həyatdan bezən, zəif birisiniz və sizin çox az güc ehtiyatınız var.
Seçiminiz 9-dursa siz şən və əylənməyi sevən bir insansız.

13 və 21 nömrəli şəxslər isə daim özünə qapalı, daxili həyəcanlar keçirən və tez-tez insanlarla ünsiyyətdən qaçanlardır.

8 nömrəli şəxs – siz daim dərin düşüncələrə və öz daxili dünyanıza qapılmağı sevirsiniz.

Seçiminiz 10 və yaxud 15-dirsə siz həyata normal şəkildə adoptasiya olmusunuz və rahatlıq dərəcəsindəsiniz.

14 nömrəli şəxs – emosiona uçurumlara atılır, daxili böhranlara məruz qalırsınız.

20 nömrəli şəxsi adətən yüksək özünüqiymətləndirmə dərəcəsinə sahib olan insanlar seçirlər. Siz lider olaraq doğulmusunuz və istəyiniz insanların başqalarına deyil, yanızca sizə itaət etmələridir.

Seçiminiz 16-dır? Siz kimisə daim dəstəkləməkdən, qorumaqdan yorulmusunuz. Ola bilsin, 17 nömrəli şəxsin sizi qucaqladığını seçdiniz. Bu halda bu o deməkdir ki, özünüzü diqqət və qayğıyla əhatə edilən biri hesab etməyə meyillisiniz.

11693856_976640905699565_1076476812924581635_n

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər