5 C
Baku
Saturday, December 14, 2024

Siz şokolad haqqında nə bilirsiniz?

Bu məhsulun bir sıra müalicəvi xassələri haqqından əfsanələr yaradılmışdı. XVI əsrdə o, dövlət sirri elan olunur. Və bu sirri açan hər kəs edam edilirdi. Uzun zamanlar bu məhsulu yalnız yüksək təbəqədən olan insanlar istifadə edə bilirdi. Çünki onun istehsalı çətin, inqredientləri isə baha idi. Bəli, söhbət şokoladdan gedir.

Şokoladın vətəni Mərkəzi və Cənubi Amerika sayıılır. 1480-cı ildən etibarən şokolad Avropada tanınmağa başlayır. Onu İspaniyaya alim olan rahib Bensoni gətirmişdi. Uzun zamanlar bu sevimli təamın hazırlanmasında Fransa lider ölkə hesab edilirdi. Tərkibindən asılı olaraq tünd, ağ və südlü şokoladlar olurlar.

Tünd şokolad daha qiymətli sayılır. O xüsusi ətiri və tünd dadı ilə insanı cəlb edir. Adətən onun tərkibinə üyüdülmüş kakao , şəkər pudrası və kakao yağı daxil edilir. İnqredientlərin faiz nisbətini dəyişərək istənilən dadı, ətri almaq mümkündür. Kakao nə qədər çox olarsa, bir o qədər şokolad tünd və ətirli alınar.

Südlü şokolad. Onun hazırlanmasında şəkər tozuna və kakaoya quru süd və yaxud quru qaymaq əlavə edilir .

Ağ şokolad. Onu kakao yağının, şəkərin, quru südün və vanilinin qarışığından əldə edirlər. Onun tərkibinə kakao tozu əlavə olunmadığı üçün şokolad ağ rəngdə alınır. Bu şokolada xüsusi quru süd əlavə olunduğu üçün onun xüsusi karamel dadı olur.

Məsaməli şokoladlar. Onu xüsusi vakuum plitələrdə maye halında dörd saat ərzində 35- 40° -də saxlayaraq əldə edirlər. Bu şəraitdə saxlanaraq şokolad məsəməli alınır.

Şokolad haqqında maraqlı faktlar:

İlkin olaraq «şokolad» sözünün bir neçə mənası var idi. Aztek dilindən o , «acı su» , yunan dilindən isə «Allahların qidası» kimi tərcümə edilirdi.

1875 -ci ildə iki isveçrəli Daniel Peter və Henri Nestle qatılaşdırılmış süd ilə şokoladın qarışdırılma üsulunu icad edirlər. Beləliklə, dünyada ilk südlü şokolad əmələ gəlir.

Ən böyük şokolad plitəsi 4, 42 ton ağırlığında olub və Ginnesin rekordlar kitabına daxil edilib. Onun uzunluğu 5, 6 m, hündürlüyü 25 sm, eni isə 2, 75 m təşkil edirdi.

Stress vəziyyətində olan insanlar nisbətən normal vəziyyətdə olan insanlardan 55 % qədər çox şokolad istifadə edirlər.

Şokoladın bir neçə inqredientləri ürək və damar sistemi üçün çox xeyirlidirlər.

Məhz fransızlar iyirmi il əvvəl bu təamın şərəfinə bayram fikirləşmişdilər.

Hal-hazırda 11 iyul Beynəlxalq Şokolad günü kimi qeyd edilir!

Uzun bir müddət bu məhsul yalnız qızdırılmış maye halında istifadə olunurdu. Beləliklə isti şokolad əmələ gəlmişdi.

Yalnız XIX əsrdə şokoladı presləyən maşın icad olunmuşdu. Məhz o zaman ilk şokolad plitəsi əmələ gəlmişdi.

Şokoladın təxminən əlli faizini yağ təşkil etdiyi üçün bu məhsul kaloriyalı və qidalandırıcıdır.

Şokoladın ağızda əriməsi insana “xoşbəxtlik” hissini yaşadır.

Son xəbərlər
Digər xəbərlər