16 C
Baku
Wednesday, May 1, 2024

Skandinaviya iqtisadi modeli

Avropa İttifaqında baş qaldıran xaosun fonunda Skandinaviya ölkələri son illərin iqtisadi sarsıntıları daha yüngül şəkildə geridə qoymuşlar. Şimallılar siyasi dəyişikliklərə yol vermədən problemlərin kompleks və effektiv həlli yolunda əsl nümunə sərgiləyir.

Bir çoxları Skandinaviya iqtisadi modelini müasir sosializm adlandırır, Halbuki, şimal ölkələrinin bugünkü inkişaf vektoru ötən yüz illiyin 70-0-ci illərindən çox güclü şəkildə fərqlənir. Proqressiv vergi siyasəti Skandinaviya bölüşdürmə sisteminin vizit kartına çevrilib. Eyni zamanda kapital gəlirlərinə tətbiq edilən vergi tarifləri səthidirlər. Var-dövlət və ya miras üzərinə vergi ya minimaldır, ya da ümumiyyətlə yoxdur.

Yüksək həyat keyfiyyəti və azad sahibkarlıq artıq ümumi bir qaydaya çevrilib. Skandinaviya təhsil və səhiyyə sistemi bu gün dünyada ən yaxşılardan hesab olunur. İqtisadi azadlıq indeksinə görə Skandinaviya dördlüyü (Danimarka, Norveç, İsveç, Finlandiya) ABŞ-a çatmışdır. Ənənəvi olaraq, dövlət sektoru da güclü olmaqda davam edir, halının 30%-ni məşğulluqla məhz dövlət sektoru təmin edir.

Skandinaviyalılar öz qənaətcilliyi, ehtiyatlılığı və sabahkı günlə bağlı qayğılarının olması ilə seçilir. Xammal ölkəsi olan Norveçin pensiya fondunun həcmi 700 milyard dollardır. Bu isə, ölkənin ÜDM-indən 1,5 dəfə çoxdur. Bu pullar dövlət obliqasiyalarına və dünyanın aparıcı kompaniyalarının səhmlərinə yatırılır.

İsveçin pensiya modeli makro iqtisadi faktorlar və gözlənilən həyat davamiyyəti ilə bağlıdır, bu isə ümumi sistemin stabilliyini təmin edir. Şimalda gələcək nəslin cibinə girməyi xoşalmırlar. Sərt büdcə nizam-intizamı və büdcə artıqlığının təmin edilməsi meyarları sayəsində hər bir Skandinaviya iqtisadiyyatında dövlət borcu ÜDM-in 50%-ni üstələmir.

Skandinaviyalılar innovasiyaların inkişafı üçün əlverişli şərait yaratmağa müvəffəq olublar. Bütün bunlar isə yaxşı və əlçatan təhsil, innovasiyaların təbili istiqamətində dövlət siyasəti, işsizlərin dövlət təminatı, kapital üzərindən vergilərin azlığı sayəsində mümkün olur. Beynəlxalq innovasiya reytinqlərində Skandinaviya ölkələri lider mövqeləri bölüşürlər.

Buna görə də bir çox korporasiyalar öz yeniliklərini Şimali Avropada sınaqdan keçirir –skandinaviyalılar yenilikdən qorxmur və məhsulların təqdim etdiyi imkanları sayıqlıqla qiymətləndirirlər. Ən savadlı və yüksək ambisiyalara sahib yerli innovatorlar düha yüksək gəlirli və yüksək risk tələbə edən qərb bazarlarını fəth etməyə gedirlər. Bir çox Skandinaviya yetirmələri öz diyarlarının sərhədlərindən xaricdə elə məhsullar yaratmışlar ki, indi bütün dünya ondan istifadə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər