2 C
Baku
Saturday, December 14, 2024

Skandinaviyanın ən iri havadaşıyıcısı işçilərinin yüzdə 40-nın işdən azad olunacağını açıqlayıb

Skandinaviya Hava Yolları (SAS), İsveç, Danimarka və Norveçdəki işçilərinin yüzdə 40-a qədərinin işdən azad olunacağını elan edib.

Yayılan xüsusi açıqlamada SAS, ümumilikdə 5 min işçinin vəzifədən kənarlaşdırılması qərarının qəbul edildiyini bildirib. Bu addımın səbəbi isə mülki hava nəqliyyatı bazarında tələbin əvvəlki səviyyəyə qayıtmasının bir neçə il çəkməsi proqnozu olub.

“Mövcud səyahət məhdudiyyətlərini nəzərə alaraq, SAS yay mövsümündə məhdud fəaliyyət gözləyir. Bundan əlavə, tələbin COVID-19-dan əvvəl müşahidə olunan səviyyələrə qayıtması üçün bir neçə il keçməsi ehtimalı var”,- deyə şirkət vurğulayıb.

Uçuşların həyata keçirə bilməməsi səbəbindən işçilərinin təxminən 90 faizini martın ortalarından tətilə göndərən aviaşirkət, İsveçdə 1900, Norveçdə 1300, Danimarkada 1700-ə şəxsin işçının işdən azad ediləcəyini söyləyib.

Öz növbəsində SAS-ın baş direktoru Rickard Gustafson, Skandinaviya ölkələri tərəfindən dövlət yardımının ayrılmasına görə təşəkkürünü bildirib. Bununla birlikdə, o SAS-ın gələcəyə baxmalı olduğunu və pandemiyadan sonra tələbi azaltmaq üçün işçi qüvvəsini uyğunlaşdırmağa hazırlaşmalı olduğunu bildirib.

SAS-ın iki ən böyük səhmdarı olan İsveç və Danimarka hökumətləri, şirkəti böhranın iqtisadi təsirindən qorumaq üçün 275 milyon avro dəyərində kredit zəmanəti verəcəklərini açıqlayıb. Lakin, buna baxmayaraq, şirkət hava səyahətlərini həyata keçirə bilməməsi səbəbindən ciddi çətinliklər yaşamağa davam edir.

Qeyd edək ki, daha əvvəl Avropadakı ən böyük büdcə aviadaşıyıcılarından biri olan Norveçin “Norvegian Air Shuttle” şirkəti böhranla əlaqədar olaraq Danimarka və İsveçdəki filiallarının müflis olduğunu elan edib.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər