17 C
Baku
Friday, May 3, 2024

SKMF bir kvartala 45 milyon manata yaxın kredit ayırıb

Azərbaycan Respublikasının(Sahibkarlığa Kömək Milli Fondu) SKMF-nın 2014-cü ilin I rübü ərzində iqtisadiyyatın sahələri üzrə ayırdığı kreditlərin məbləği 44 665,8 min manat təşkil edib.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalına 21 754,8 min manat, xidmət (infrastruktur) sahələrinin inkişafına 12 400,0 min manat, sənaye məhsullarının istehsalına və emalına 10 511,0 min manat kredit ayrılıb.

Xatırladaq ki, SKMF-nın kənd təsərrüfatı məhsullarının istehsalına ayırdığı kredit məbləğinin xüsusi çəkisi 48,7% təşkil etməklə, iqtisadiyyatın digər sahələrini üstələyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər