Slovakiya Ukrayna taxılının idxalına qoyulan qadağanı sentyabrın 15-dək uzatmağa çalışır.
Bu barədə TASR xəbər agentliyi ölkənin kənd təsərrüfatı naziri Yozef Biresə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna taxılının idxalı slovakiyalı fermerlərə ciddi ziyan vuracaq.
Qeyd edək ki, Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağa Slovakiya, Rumıniya, Bolqarıstan, Macarıstan və Polşada qüvvədədir.
Avropa İttifaqına üzv ölkələrin kənd təsərrüfatı idarələrinin rəhbərlərinin Lüksemburqda keçirilən iclasında iştirak edən Bires deyib ki, icma fondlarından 5,24 milyon avro məbləğində ayrılan kompensasiya onun ölkəsindəki fermerlər üçün kifayət deyil.
“Avropa Komissiyası Ukraynadan xeyli ucuz kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması fonunda xərclərin ədalətli ödənilməsini təmin etmək üçün onlara daha çox vəsait ayırmalıdır”, – nazir bildirib.