Sloveniyada prezident seçkilərində ikinci tur keçiriləcək.
Namizədlərdən heç biri 50 faiz səs toplaya bilmədiyindən noyabrın 13-də səsvermənin ikinci turu baş tutacaq.
Təxminən 1 milyon 700 min seçici ölkə liderini seçmək üçün səhər saatlarından 3 mindən çox məntəqəyə üz tutub.
Ölkəyə yaxın 5 il ərzində rəhbərlik etmək üçün 7 namizəd müəyyən edilmişdi.
İkinci tur müstəqil namizəd, keçmiş xarici işlər naziri, səslərin 34 faizini toplayan Sloveniya Demokratik Partiyası tərəfindən dəstəklənən Anze Loqarla Avropa Yaşıllar Partiyası tərəfindən dəstəklənən Sloveniya Pirat Partiyasından namizəd olan və səsələrin 26.8 faizini toplayan Natasa Pirc Musar arasında keçiriləcək.