10 C
Baku
Wednesday, December 11, 2024

SME Kredit Mütəxəssisi – Ziraat Bank Azərbaycan

“Ziraat Bank Azərbaycan” ASC Filiala
Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi/maliyyə təhsili;
• Cinsiyyəti – kişi;
• Yaşı – 25-35 arası;
• Orta sahibkarlığın  və/ və ya Korporativ biznesin maliyyələşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını hazırlamaq və təhlil etmə bacarıqları;
• Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
• Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
• Banklarda hesabların açılması və aparılması, Sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarına dair iş təcrübəsi;
• Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
• Kompüter bilikləri (MS Office, Internet);
• İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

Əsas vəzifələr:

• Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;
• Müştəri haqqında məlumat toplamaq;
• Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;
• Maliyyə təhlili üzrə biliklərə sahib olmaq;
• Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;
• Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə məlumat vermək;
• Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları)  hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını fevral ayının 16-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “SME Kredit Mütəxəssisi” qeyd etməyiniz vacibdir.

Son xəbərlər
Digər xəbərlər