22 C
Baku
Friday, April 26, 2024

SmileCard nədir və üstünlüyü nədən ibarətdir?

Bir neçə gün əvvəl Expressbank “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə “Smile Card” kredit kartını təqdim etdi. “Smile Card” taksit kartdır və taksit kartların bir çox üstünlükləri vardır.

Digər kredit kartlarında olduğu kimi SmileCart ilə də pulunuzu nağdlaşdırmaq, internetdə onlayn alış-veriş etmək və nağdsız ödəniş həyata keçirə bilərsiniz. Siz SmileCartınızı həm ölkəmizdə həm də xaricdə istifadə edə bilərsiniz. Kart üçün tətbiq olunan şərtlər isə aşağıdakılardır.

  • Kartın qiyməti: pulsuzdur
  • Kartın müddəti: 5 il
  • Kreditin məbləği: 500 -3 000 AZN
  • İllik faiz: 0%
  • Komissiya haqqı: 6%-12%

Kart üçün tətbiq olunan şərtlərə əsasən, kartın istifadəsi zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman  6% və 12% əlavə faiz haqqı ödəməli olacaqsınız. Yəni SmileCard 6ay -6%, SmileCard 12ay -12% ödənilir.

Hər ay ərzində ödəməli olacağınız məbləğ isə kartınızda bərpa olunacaq və siz həmin məbləği təkrar istifadə edə biləcəksiniz. Həmçinin SMS xəbərdarlıq ilə borcunuzun nə qədər olması haqqında məlumat ala biləcəksiniz. Ödənişlərinizi isə ayın 1-10 kimi həyata keçirməlisiniz.

“Smile Card”- ı kimlər əldə edə bilər?

Banka şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd təqdim edən hər kər bu kartdan faydalana bilər.

SmileCard –n üstünlükləri nədir?

10476663_808585379191783_7181645859922008299_nİstəyinizdən asılı olaraq 6 və ya 12 aylıq kart əldə etməyiniz mümkündür. Bu zaman  6 aylıq kart əldə etmisinizsə ödənişlər etdiyiniz zaman sizdən 6%, komissiya haqqı, 12 aylıq kart əldə etdiyiniz zamana isə sizdən 12% komissiya haqqı tutulacaqdır.

SmileCart-ın əsas üstünlüyü ondan ibarətdir ki, siz kartınızda olan məbləği istənilən zaman çıxara bilərsiniz. Daha sonra isə kartınızdan asılı olara 6 və ya 12 aya geri ödəməlisiniz. Bu zaman isə sizdən heç bir komissiya haqqı tutulmayacaq. Misal üçün əgər siz 12 aylıq SmileCart kart əldə etmisiniz və kartınızdan istifadə zamanı 500 AZN çıxarmaq istəyirsiniz. Bu zaman sizdən kartınız 12 aylıq olduğu üçün siz çıxardığınız məbləğin 12%-ni əlavə ödəməlisiniz.  Yəni 500 AZN + 12% ( 60 AZN) = 560 AZN. Bu məbləği isə siz 12 ay müddətinə ödəməlisiniz.   Nağdlaşdırma zamanı isə sizdən əlavə faiz tutulmayacaq.

Siz mağazalarda alış veriş etdiyiniz zaman və yaxud digər ödənişlər zamanı da eyni faiz tutulacaq. Bu zaman da siz əgər 100 AZN dəyərində alış veriş etmisinizsə kartınızın 6 və ya 12 aylı olmasından asılı olaraq 6% yaxud 12%  əlavə məbləğ geri ödəyəcəksiniz. Yəni, 100 AZN üçün (12 alyıq kart üzrə ) 100 AZN + 12 AZN= 112 AZN bu məbləği isə 12 ay müddətində ödəməlisiniz.

Digər kartlardan fərqi?

Digər bankların taksit kartları ilə müqayisədə isə kartın üstün cəhəti, istənilən zaman kartınızdan pul çıxara bilməyinizdir. Lakin digər bankların taksit kartlarının bəzilərində nağdlaşdırma sadəcə kampaniya zamannı mümkündür. Həmçinin Expressbank məhsulu olan bu kart Pos terminal olan bütün mağazalar və digər şəbəkələrdə keçərlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

6 ŞƏRH

Comments are closed.