Rusiyanın Smolensk vilayətinin şirkətləri məhsullarını Azərbaycandakı müştərilərinə tədarük etməyə başlayıblar.
Nəmişliyə davamlı sement-perlit lövhələrin istehsalçısı “Treyd Profi” şirkəti bu lövhələri bina tikintisi üçün Bakıdakı müştərisinə ixrac edir.
“Treyd Profi” öz texnologiyasından istifadə edərək bənzərsiz bir məhsul istehsal edir. Belə lövhələrdən karkas və panel tikintisində istifadə edilə bilər.
Şirkətin ixracata regional dəstək mərkəzinin bildirdiyinə görə, “Treyd Profi” 70 min dollarlıq ilk yükü müştərisinə göndərib.