7 C
Baku
Sunday, December 15, 2024

Snickers (Mars, Inc.)

Snickers-dən daha məşhur şokolad təsəvvür etmək qeyri mümkündür, bu şokolad batonu Mars, Incorporated şirkəti tərəfindən istehsal olunur.

Şokolad botunun tərkibini fındıqdan hazırlanmış içlik təşkil edir, onun üzəri isə şokolad və yerfındığı ilə örtülüb və onlar hamısı südlü şokoladın içinə yerləşdirilib. Bu konstruksiya 1930-cu ildən bəri dəyişməz qalır. Bütün bu illə ərzində tərkibində həddindən çox kalorinin olmasına baxmayaraq, şokolad hələ də populyarlığını qoruyub saxlayır və insanların sevimlisi olmağa davam edir. Bunun əsas səbəbi isə daima keçirilən və olduqca savadlı və ağıllı şəkildə düşünülmüş reklam kompaniyalarıdır.

Belə hesab olunur ki, Snickers adı Mars ailəsinin sahib olduğu at ilxısındakı atlardan birinin adıdır, bu at ailənin sevimlisi olub. Yeri gəlmişkən həm də iddia edilir ki, bu at şokolad batonun kütləvi istehsalına başlamağa bir neçə ay qalmış vəfat edib. Əgər bu hadisə baş verməsəydi, bəlkə də bu gün əksəriyyətimizin sevərək yediyi şokolad başqa cür adlanardı. Onu da deyək ki, ilk “Snickers”lərin hər biri 20 sentə satılırmış, həmin dövr üçün bu, bir şokolada görə kifayət qədər baha idi.

snikerss

Məxsusi Wal-Mart super-marketləri üçün hazırlanmış Snickers-lər xüsusi, eksklüziv qablaşdırmada

Hər bir şokolad batonu üçün 16 fındıq (qozası) istifadə olunur (söhbət standart ölçülü Snickerslərdən gedir. Hər gün isə dünyada 15 milyondan artıq şokolad batonunun (onların artıq bir neçə növləri vardır və əsasən həcmlərinə görə fərqlənirlər), onda yer fındığı tədarükünün gündəlik olaraq 99 tona çatdığını söyləmək olar. Yeri gəlmişkən təzəlikcə yerfındığının badamla əvəz olunduğu Snickers növləri də meydana çıxmışdır.

snooo

Daha bir maraqlı fakt odur ki, Böyük Britaniya və İrlandiya ərazisində şokolad ilk əvvəllər Marathon adı altında satılırmış. Bu ənənə 1990-cı ilə qədər davam edib, daha sonra Mars şokoladın adını ümum qəbul olunmuş formaya dəyişmək qərarı verib. Beləliklə bu gün «Snickers» bütün dünyada eyni ad altında satılır. Snickers artıq uzun müddətdir ki, sadəcə bir şokolad hesab olunmur, o, pop mədəniyyətinin bir hissəsinə çevrilib. Belə hesab olunur ki, təkcə Snickers-in satışı Mars, Inc kompaniyasının illik dövriyyəsinin 2 milyard dollarını təşkil edir.

Son xəbərlər
Digər xəbərlər