9 C
Baku
Thursday, December 12, 2024

SOCAR əməliyyatların tamamilə dekarbonizasiyasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi şirkəti əlverişli, təhlükəsiz və dayanıqlı enerji təchizatçısı olan milli enerji şirkətinə çevirməkdir.

Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bu gün Bakıda keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumunda deyib.

O qeyd edib ki, SOCAR bu gün transformasiya prosesinin başlanğıcında olan, neft-qaz dəyər zəncirindəki əməliyyatları ilə fəaliyyət göstərən milli neft şirkətidir:

“Şirkət 2035-ci ilə qədər karbohidrogen və aşağı karbonlu bizneslərin şaxələndirilmiş portfelinə və qlobal enerji liderləri ilə bərabər emissiya profilinə malik aparıcı milli enerji şirkətinə çevriləcəcək. 2050-ci ildə isə SOCAR-ın qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim şəraitinə davamlılığına töhfə verən milli enerji şirkətinə çevrilməsini hədəfləyirik”.

Ə.İsayev bildirib ki, SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər “xalis sıfır” emissiya hədəfinə nail olmaqdır:

“Eyni zamanda dekarbonizasiya proqramı emissiya göstəricilərinin tədqiqi, portfelin qiymətləndirilməsi və emissiyaların azaldılması ilə bağlı real hədəflərin ətraflı araşdırılmasına əsaslanır. Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından istifadə edir. Şirkətin fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb. SOCAR bir sıra resurslardan istifadə etməklə əməliyyatların tamamilə dekarbonizasiyasını qarşısına məqsəd qoyub və bu proqrama cari ildə başlanılıb. Dekarbonizasiya səyləri SOCAR-ın bütün seqmentlərini və fəaliyyət göstərdiyi hər coğrafiyada istehsalat aktivlərini əhatə edir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər