10 C
Baku
Thursday, December 12, 2024

SOCAR 1 milyard avroya yaxın kredit götürüb

SOCAR-ın karbamid zavodunun inşası layihəsinə dövlət zəmanəti ilə 1 milyard avroya yaxın kredit götürülə bilər. Uzunmüddətli kreditin cəlb edilməsi üçün Koreyanın «Eximbank»ı ilə danışıqlar aprelin sonu-mayın əvvəlində başlayacaq. Bu haqda zavodun direktoru Xəyal Cəfərov məlumat verib.

Report-un xəbərinə görə, zavodun direktoru deyib ki, «Samsung Engineering» şirkəti ilə imzalanmış layihələndirmə, satınalma və tikinti müqaviləsi üzrə işlərin dəyəri 498 milyon avro təşkil edir.

«İlkin olaraq «Eximbank»ından 150 milyon avro məbləğində vəsait götürülüb.  Müvafiq vergilər, layihənin tikinti işləri, kənar infrastruktur işləri nəzərə alınmaqla, təxminən layihənin ümumi qiymətinin 910-920 milyon avroya başa gələcəyi hesablanır. Bunlar təxmini qiymətləndirmədir. Zavodun istehsalat sahəsi üçün mühəndislik işləri tamamlanıb, böyük qaz kəmərləri, su kəmərləri üçün layihələndirmə işləri aparılır» – deyə X.Cəfərov bildirib.

X.Cəfərov deyib ki, yaxın iki həftə ərzində «Eximbank»ın nümayəndələrinin Azərbaycana səfəri gözlənilir:

«Rəsmi dövlət zəmanətinin alınması üçün də müraciət olunub. Prosesin 3-4 ay davam etməsi nəzərdə tutulur. Təxminən bu ilin ortalarına layihənin maliyyələşməsini tamamlamaq üçün dövlət zəmanəti və vəsait əldə olunacaq»

X. Cəfərov zavodun 2018-ci ilin əvvəlinə istismara verilə biləcəyini deyib.

Son xəbərlər
Digər xəbərlər