11 C
Baku
Wednesday, December 11, 2024

SOCAR 2017-ci ildə $200-300 mln. məbləğində istiqrazların ikinci emissiyasını planlaşdırır

SOCAR 2017-ci ildə daxili bazarda yerləşdirmək üçün dollar istiqrazlarının ikinci emissiyasını planlaşdırır. Bu barədə şirkətin kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu bu gün keçirilən mətbuat konfransında bildirib.

“İstiqrazların həcmi $200-300 mln. təşkil edə bilər”, – deyə o qeyd edib.

Xəbər verildiyi kimi, SOCAR birinci emissiyadan olan $100 mln. məbləğində istiqrazın daxili bazarda yerləşdirilməsi prosesinin başa çatması barədə elan edib. İstiqrazlara tələb $203,4 mln.-u ötüb.

Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır. SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri xarici öhdəliklərin bir hissəsinin ödənilməsinə yönəltmək niyyətindədir.

İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edəcək.

Bu, SOCAR tərəfindən istiqrazların daxili bazarda ilk yerləşdirilməsi olacaq. Şirkət artıq avrobond buraxılışı üzrə təcrübəyə malikdir, yəni xarici bazarlarda 3 dəfə istiqraz yerləşdirib.

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər