9 C
Baku
Friday, December 13, 2024

SOCAR-a məxsus “Petkim” böyüdü

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in bu ilin I rübünün yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb.

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu – KAP) istinadən xəbər verir.

Məlumata görə, I rübdə “Petkim Holding”in gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artıb və 1,879 mlrd. lirə təşkil edib. Bu il aprelin 1-nə “Petkim Holding”in aktivləri yanvarın 1-nə nisbətən 29% artaraq 10,089 mlrd. lirə olub.

“Petkim” I rübü 125,808 mln. lirə mənfəətlə başa vurub.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında (“Borsa İstanbul”) dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər