Dövlət Neft Şirkətinə (SOCAR) yaxın daha bir şirkət təsis edilib.
Banker.az xəbər verir ki, bu, “SOCAR İnnovasiya” MMC-dir.
Yeni yaradılan şirkətin nizamnamə kapitalı 1000 manat olmaqla ona rəhbərliyi Teymur Əliyev Şahvələdoviş edəcək.
Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121, “SOCAR Tower”dədir.
Qeyd edək ki, bundan öncə “SOCAR Babək” MMC-nin təsis edilməsi ilə bağlı xəbər yaymışdıq.






