-1 C
Baku
Sunday, December 15, 2024

SOCAR AÇG, “Qarabağ” yataqları və BTC üzrə “Equinor” şirkətinin paylarını alıb

22 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

SOCAR-dan verilən məlumata görə, görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8.71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq. Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

658562b61432d658562b61432e1703240373658562b614329658562b61432b 658562b57d039658562b57d03a1703240373658562b57d037658562b57d038 658562b5c2d11658562b5c2d121703240373658562b5c2d0d658562b5c2d0f 658562b5d28d0658562b5d28d11703240373658562b5d28cd658562b5d28cf 658562b5e0b17658562b5e0b181703240373658562b5e0b13658562b5e0b15 658562b57d039658562b57d03a1703240373658562b57d037658562b57d038 1 658562b6284ec658562b6284ed1703240373658562b6284e7658562b6284ea 1

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər