“APA-Economics”in xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.
Vitse-prezidentin sözlərinə görə, ötən həftənin cümə günü SOCAR ilk tranşları əldə edib və istehsalata yönəldib.
“Rekonstruksiya üçün nəzərdə tutulan kreditin ümumi məbləği 1 milyard 290 milyon manatdır. Biz bu məbləğin 69 milyon manatlıq hissəsini, yəni bu ilə düşən hissəni tranş formasında əldə etdik. İkinci kreditin məbləği 600 milyon manatdır ki, ilk tranşın payına 200 milyon manat düşür. Bu tranşı biz bu yaxınlarda əldə etmişik. Kreditin faiz dərəcəsi 4%-dir”, – deyə S. Qasımov bildirib.