9 C
Baku
Friday, December 13, 2024

SOCAR BP-dən idarəçi transfer edib

“SOCAR Turkiye Enerji A.Ş.”də kadr dəyişikliyi olub.

Türkiyə KİV-nə istinadən, SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr bölməsinin rəhbəri vəzifəsinə Murat LeCompte gətirilib.

Bu aydan yeni vəzifəsinin icrasına başlayan M. LeCompte “SOCAR Turkiye Enerji A.Ş.” və törəmə müəssisələrin korporativ, media, müəssisədaxili əlaqə, sosial məsuliyyət layihələri və böhranın idarəedilməsi strategiyasının hazırlanmasına görə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, enerji və texnologiya sahəsində 27 illik iş təcrübəsinə malik M. LeCompte 2006-2017-ci illərdə “BP Türkiyə” şirkətində xarici əlaqələr üzrə müdir və korporativ əlaqələr direktoru vəzifəsində çalışıb.

©apa

Son xəbərlər
Digər xəbərlər