Əziz Yıldırım prezidenti olduğu “Fənərbaxça” klubuna sponsor axtarır. Türkiyənin fotospor.com saytının yaydığı məlumatına görə, o, SOCAR-ın komandaya sponsor olmasına çalışır.
Gələn mövsümün heyətini qurmaq üçün sponsor axtaran Yıldırım “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova müraciət edib. Xəbərdə “Fənər” rəhbərinin azərbaycanlı iş adamı ilə bir müddətdi sponsor məsələsi ilə bağlı görüşdüyü vurğulanır. Yıldırım məhz Mənsimovun köməyi ilə SOCAR-ı kluba sponsor gətirmək niyyətindədi.