27 C
Baku
Saturday, July 20, 2024

SOCAR Gürcüstanda 347 milyon litr neft məhsulu satıb

2006-2017-ci illər ərzində SOCAR Georgia Petroleum tərəfindən Gürcüstana 196 milyon dollar məbləğində investisiya qoyulub.

Banker.az Oxu.Aza istinatən xəbər verirki,  SOCAR-ın 2017-ci il üzrə illik hesabatında verilmiş məlumatlara əsasən,  şirkət göstərilən dövrdə 347 milyon litr həcmində neft məhsullarının satışını reallaşdırıb.

Qeyd olunur ki, hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 116 YDM fəaliyyət göstərir.

SOCAR Georgia Gas  şikəti isə 2008-2017-ci illər ərzində ümumilikdə 250 min abonenti qazla təmin edib.  Şirkət bu istiqamətdə 290 milyon dollara yaxın  sərmayə yatırımı həyata keçirib.

Hesabata əsasən, SOCAR Georgia Gas Gürcüstan bazarına daxil olan zaman qaz itkisi 31,5% təşkil edirdisə, hazırda bu rəqəm 3,6%-ə düşüb.

Son xəbərlər
Digər xəbərlər