SOCAR Gürcüstanda benzini ucuzlaşdırıb

Gürcüstanda son bir həftədə ərzində benzinin qiyməti üç tetri ucuzlaşıb.

Bu barədə məlumatı yanacaqdoldurma şirkətləri rəsmi internet səhifələrində yerləşdiriblər.

SOCAR yanacaq doldurma məntəqələrində avro requların bir litrinin qiymətini 2.29-dan laridən 2.26-a qədər ucuzlaşdırıb. Digər yanacaqdoldurma məntəqələri də yanacağın qiymətini aşağı salıblar. “Rompetrol” şəbəkəsində avro reqular 2.35-dən 2.32, “Lukoil”-da 2.28-dən 2.25 və “Vissoil”da 2.35-dən 2.32 lariyə qədər azalıb.

Qiymətlərin azalması premium və super tipli benzinlərdə də qeydə alınıb. Dizelin qiyməti dəyişməyib.

– ONA

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər