-1 C
Baku
Sunday, December 15, 2024

SOCAR-ın 3 alt təşkilatında qiymətləndirmə aparılacaq

Dünya İqtisadi Forumu ilə bir sıra sahələr üzrə çərçivə sənədləri hazırlayırıq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

“Bugünkü görüşdə də süni intellektin saxlanması ilə bağlı belə bir çərçivə sənəd hazırlanıb. Sənəd təqribən 80 səhifədən ibarətdir. Azərbaycan dünyada ilkə imza ataraq yalnız Braziliyada bu bələdçi sənəd tətbiq olunub. Dünya İqtisadi Forumunda bu sənəd 3 dildə göstərilib, ingilis, ispan və Azərbaycan dilində. Biz qürur duyuruq ki, mütəxəssislərimiz bu sənədi tərcümə edərək həmkarlarımız üçün əlçatan ediblər. Bundan başqa, “Ağıllı sənayenin qiymətləndirilməsi” indeksini Azərbaycana gətirmişik. Hər bir sənaye obyektini 3 istiqamətdə, proseslərin təhlili, texnologiyanın təhlili, təşkilati quruluşu təhlil etməklə onlara rəqəmsal yol xəritəsi hazırlayırıq. Bu istiqamətdə Sinqapur və Türkiyədən həmkarlarımız bizə dəstək göstərirlər. “SOCAR Polymer” və “Azergold” ASC-də bu qiymətləndirmə tətbiq olunub. Onlar üçün yol xəritəsi hazırlanıb. Növbəti mərhələdə isə SOCAR-ın 3 alt təşkilatında bu qiymətləndirmənin tətbiqi nəzərdə tutulur ki, qiymətləndirmə təşkilatın rəqəmsallaşma yolunda hansı mərhələdə olmasını göstərir. Həm təşkilatı struktur olaraq, həm idarəetmə modeli olaraq, həm də texnoloji vəziyyət olaraq”, – deyə Fariz Cəfərov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər