SOCAR-ın satın almaq istədiyi şirkətləri “Palmet” şirkəti alıb.
Banker.az xəbər verir ki, Almaniyaya məxsus “Ewe” şirkətinin nəzarətində olan Kayseri və Bursagaz şirkətlərini Türkiyənin “Palmet” şirkəti alıb.
Bu barədə “Palmet” şirkətinin idarə heyətinin rəhbəri Doğanay Samuray yerli mətbuata açıqlamasında deyib ki, “Palmet” həmin şirkətlərin satınalınmasına görə təxminən 130-150 milyon avro ödəyib.
“Palmet”in rəhbəri bildirib ki, şirkəti 3 ay müddətində təhvil alacaqlar.