BANKER.AZ — İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3 ildir ildir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinin hotelinə əmlak hərraclarında müştəri tapa bilmir.
Hotelin adı 29 iyunda ƏMDX tərəfindən keçirilən əmlak hərracda yenidən görünüb.
2018-ci ildə Balakəndə meşə ilə əhatələnmiş bu “Qubek” hoteli start qiyməti ilə 18.2 mln. manata çıxarsa da müştərisi çıxmamışdı. Dövlət Turizm Agentliyi tərəfindən 4 ulduz verilən bu otelin sonradan alıcısı tapılmamağı ucbatında cəmi qiymətini yarı qiymətə endirdilər ki, turizm səahəsində yatırım edənlər üçün cəlbedici olsun. Yəni, oteli yarı qiymətinə – 9.1 mln. manata hərraca çıxarmışdılar.
Hələ də bu adı az qala hər hərracda yer alan bu hotel yeni sahibini tapa bilməyib. Yeni təqdim edilmiş qiymət şərtləri 2018-ci ilin sentyabrdakı ilə eynidir. Otelin ilkin start qiyməti 9 milyon manat müəyyən edilib. Lakin otelin yerləşdiyi həyətyanı ərazinin qiyməti 100 000 manat olduğundan, ümumi qiymət 9.1 milyona təklif ediləcək.
Balakən şəhərində yerləşən oteli SOCAR-ın Sosial İnkişaf İdarəsinə məxsus idi. Burada əsasən neftçilərin istirahəti üçün nəzərdə tutulmuşdu. Otelin ərazində iki üzmə hovuzu və barı vardır. Hotel reservasiyaları üzrə axtarış platforması “Booking” bu otellə bağlı qırmızı cizgi ilə qeyd edir ki, artıq “rezervasiyalar qəbul edilmir”. Lakin, otelin adı sistemdə qalmaqdadır.