19 C
Baku
Sunday, May 19, 2024

SOCAR-ın idarəsinin bu il ixracdan qazancı 2 dəfəyə yaxın azalıb

2023-cü ilin yanvar-may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 157.2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Bildirilir ki, bu, 2022-ci ilin yanvar-may ayının göstəriciləri ilə müqayisədə 1.5 dəfə azdır.

Ötən ilin eyni dövründə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı 243.1 milyon dollar təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər