18 C
Baku
Thursday, April 25, 2024

SOCAR-ın oteli yarı qiymətə təklif edilsə də, alıcı tapılmır

Əməlak Məsələləri Dövlət Xidməti (İ.N yanında) artıq ikinci ildir ki SOCAR-ın otelini hərracda sata bilmir. Otelin adı 22 dekabrda ƏMDX tərəfindən keçirlən hərracda yenidən alıcılar üçün təqdim ediləcək.

2018-ci ildə Balakəndə meşə ilə əhatələnmiş bu “Qubek” oteli start qiyməti ilə 18.2 mln. manata çıxarsa da müştərisi tapılmadı. Dövlət Turizm Agentliyi tərəfindən 4 ulduz verilən bu otelin sonradan alıcısı tapılmadığı səbəbindən cəmi qiymətini yarı qiymətə investorlar üçün cəlbedici etmək istəmişdilər. Yəni, oteli yarı qiymətinə – 9.1 mln. manata hərraca çıxarmışdılar.

Artıq üstündən  iki il ötüb, hələ də bu otel yeni sahibini tapa bilməyib. Yeni təqdim edilmiş qiymət şərtləri 2018-ci ilin sentyabrdakı ilə eynidir. Otelin ilkin start qiyməti 9 milyon manat müəyyən edilib. Lakin otelin yerləşdiyi həyətyanı ərazinin qiyməti 100 000 manat olduğundan, ümumi qiymət 9.1 milyona təklif ediləcək.

Balakən şəhərində yerləşən oteli SOCAR-ın Sosial İnkişaf İdarəsinə məxsus idi. Burada əsasən neftçilərin istirahəti üçün nəzərdə tutulmuşdu. Otelin ərazində iki üzmə hovuzu və barı vardır. Hotel reservasiyaları üzrə axtarış platforması “Booking” bu otellə bağlı qırmızı cizgi ilə qeyd edir ki, artıq “rezervasiyalar qəbul edilmir”. Lakin, otelin adı sistemdə qalmaqdadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər