25 C
Baku
Monday, April 29, 2024

SOCAR-ın səhmdar olduğu şirkətin prezidenti dəyişib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Polşada səhmdar olduğu şirkətin prezidenti dəyişib.

Banker.az xəbər verir ki, Bojena Knipfelberq ( Bożena Knipfelberg) Polşada fəaliyyətdə olan “Sarmatia” sp. z o.o.-nun (MMC) Prezidenti təyin edilib.

O bu vəzifədə Pavel Vysotskini (Paweł Wysocki) əvəz edib.

2004-cü ildə təsis edilən “Sarmatia” MMC-nin fəaliyyətinin əsas istiqamətləri Odessa-Brodı boru kəmərinin uzadılması vasitəsilə neftin Xəzər dənizindən Gürcüstan, Ukrayna, Polşa və Azərbaycandan keçməklə Avropaya çıxarılması məqsədilə yeni dəhlizin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, yeni neft və qaz yataqlarının tədqiqatı və işlənməsi, eləcə də quruda və dənizdə müxtəlif obyektlərin tikintisi və boru kəmərlərinin çəkilişindən ibarətdir.

SOCAR-ın şirkətdə payı 27 faiz təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər