10 C
Baku
Wednesday, December 11, 2024

SOCAR-ın törəmə şirkətinə yeni rəhbər təyin edilib

Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Polymer” MMC şirkətinin baş direktoru dəyişib. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, şirkətin baş direktoru Fərid Cəfərov vəzifəsini tərk edib. Onun yerinə isə Fuad Əhmədov təyin edilib.

“SOCAR Polymer” şirkəti – 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilmişdir. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184000 və 120000 ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilmişdir.

Son xəbərlər
Digər xəbərlər